SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib. Görülən tədbirlərlə M.Əzizov da tutulub.

Onun cari il avqust- noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması da müəyyən edilib.

BAKU.WS