055 213 76 73
Rusiyanın paytaxtı Moskva şəhərində ağır zəncirvari yol qəzası baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə noyabrın 3-də axşam saatlarında körpü yaxınlığında qeydə alınıb. Qəzaya "Porsche Panamera” markalı avtomobilin sürücüsü Cəbrayıl A səbəb olub.
Yeniyetmə "avtoş”luq edərkən 7 maşını vurub. Yeniyetmə sürücü sürətlə hərəkət edərkən "Jaguar GX” markalı avtomobilə çırpılıb. Daha sonra digər maşınlara dəyib. Qəza nəticəsində "Jaguar GX” , "Ford Focus”, "Chovrolet-Aveo”, "Chovrolet-Laçetti” və digər bahalı maşınlar da ziyan görüb.
Qəza zamanı iki nəfər xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, "Porsche Panamera” Cəbrayıl A-nın özünün deyil. Maşının tanınmış biznesmen Lazer Balakərimova məxsus olduğu bilinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS