SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, yanan evdə qalmış ikinci azyaşlının da cəsədi içəridən çıxarılıb.

Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.


***10:02

Salyanda yanğın hadisəsi baş verib.

BAKU.WS-in "Report"un Aran bürosuna istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
Baş vermiş yanğın zamanı 1 azyaşlı ölüb.

Hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.

İlkin məlumata görə, içəridə qalmış uşaqlardan birinin cəsədi evdən çıxarılıb. Yanan evdə qalmış digər azyaşlının aqibəti barədə hələlik hər hansı məlumat yoxdur.

Qeyd edək ki, uşaqlar 5-6 yaşlarındadır.

BAKU.WS