VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda bankomatdan pul çıxarmaq istəyən sakinin başına iş gəlib.

Orxan Həsənov adlı sakinin BAKU.WS-ə verdiyi məlumatına görə, o, Əhmədli metrostansiyasının yaxınlığındakı Beynəlxalq Banka məxsus bankomatdan pul çıxarmaq istəsə də buna nail ola bilməyib. Üstəlik kartında olan pulunu da itirib.

“Kartı bankomata saldım, balansdakı 549 manatı çıxarmaq istədim. Lakin ekranda yazıldı ki, istədiyiniz məbləğ yoxdu. Davam edək, yoxsa kartı qaytaraq? Mən də fikirləşdim ki, pul yoxdursa, davam etməyin mənası da yoxdur. Kartı çıxarıb getdim”, - deyə Orxan Həsənov qeyd etdi.

Lakin hər şey bundan sonra başlayıb. Orxan Həsənov bankomatdan uzaqlaşarkən daha bir nəfər bankomata yaxınlaşıb. Həmin şəxs bankomata kartını salmaq istəyəndə Orxan Həsənovun bir az əvvəl istifadə etdiyi kartının balansındakı pul çıxıb.

Oğlan sağa-sola baxandan sonra pulu götürüb aradan çıxıb.

Orxan Həsənov məsələ ilə bağlı Beynəlxalq Banka müraciət etsə də bankdan bildirilib ki, polisə müraciət edilsin. Zərərçəkən sakin polisə də müraciət edib. Hadisə yay aylarında baş versə də hələ də pulu götürüb aradan çıxan şəxs tapılmayıb.

BAKU.WS