VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Binəqədi rayonunda bir nəfər özünü yeni tikilməkdə olan binanın üstündən atmaq istəyir.


Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidmətindən BAKU.WS-ə verilən məlumata görə, orta yaşlı kişi 9-cu mikrorayon ərazisində, Zeytunluq adlanan ərazidə tikilməkdə olan binanın üstünə çıxıb. Kişi özünü atacağını bildirir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışırlar.

Hadisə şahidlərinin dediklərinə görə, intihar etmək istəyən şəxs tikilməkdə olan obyektin sahibidir. O, obyektin söküləcəyini eşidib və özünü öldürmək istəyir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS