SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kitab mağazalarından birində qadın fırıldaqçılıq yolu satıcıya pul “atıb”.

BAKU.WS-in məlumatına görə, hadisə “28 may” metrostansiyası yaxınlığında yerləşən mağazada baş verib.

Mağaza sahibi Tahir Abdullayevin saytın Whatsapp nömrəsinə göndərdiyi videodan aydın olur ki, müştəri satıcıya 20 manat verib 2 manatın çıxılmasını istəyir.

Amma müştəri xırda pullarla satıcının başını qatarkən 20 manatı öz cibinə qoyur və satıcıdan 18 manatı alaraq mağazadan uzaqlaşır.

Satıcı daha sonra anlayır ki, 18 manat qalığı qaytarsa da 20 manatı müştəridən almayıb.

Ümumiyyətlə, son vaxtlar Bakıda satıcıları bu üsulla aldadanların sayı artıb. Bu yaxınlarda apteklərdən birində də analoji hadisə baş vermişdi.

BAKU.WS