SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında musiqiçi Murad Baxşıyevin həbsxana hekayələrindən bəhs edilib.

Murad Baxşıyev (cəzası 9 il 6 ay): "Musiqiçiyəm, sənətə kiçik yaşlardan həvəsliyəm. El şənliklərində çıxışlar edirdim. Həbsimə səbəb olan hadisədən danışmaq istəmirəm. Cinayətə meyl etmişəm, ancaq yenə vurğulayıram ki, peşmanam. Atam bu cəzanı eşidəndən sonra, dünyasını dəyişdi, anamın vəziyyəti xeyli pisləşdi. Kaş ki bu hadisə olmayaydı, amma olubsa da, gələcəkdə öz sənətimin üzərində işləməliyəm.

Sabah azadlığa çıxandan sonra bu sənəti davam etdirəcəm. Burada şəraitimiz var və məşqlər edirik. Oxumağa böyük sənətkarlardan dərs alaraq başlamışam. Musiqi verilişlərində iştirak edib, televiziyalara qonaq çağırılırdım. Dərəcəli diplomlarım var. Anam yanıma gəlir. Nənəm də təqaüdündən mənə də kömək edir".

BAKU.WS