VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb. Virtualaz.org xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın ə uşaqlar da var.

Onlardan biri Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. “Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik”-o deyib.

Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qızı başqa İŞİD-çiyə zorla ərə verilib.

D.Məmmədova danışır ki, Raqqada saxlanıldığı evdə tez-tez zorakılığa məruz qalıb, bir neçə dəfə evdən qaçmağa çalışsa da baş tutmayıb. Nəhayət Raqqa İŞİD-dən azad ediləndə Dilbər digər mülki şəxslər kimi kürd döyüşçülərin sığınıb. “Həmin an özümü qanadlanmış kimi hiss etdim. İŞİD bizdən hər şeyimizi, sevincimizi uşaqlıq illərimizi aldı”-deyə o bildirir.

Bundan əvvəl İraqın Mosul şəhərinin azad olunması zamanı da İŞİD-ə qoşulmuş xeyli azərbaycanlı qadın, onların azyaşlı uşaqları aşkarlanıb. Bu qadınlar və uşaqlar İraqın şimalındakı düşərgədə saxlanılır, Bağdad hökuməti onları deportasiya etməyə hazırlaşır. Xarici KİV-lərin reportajlarına əsasən həmin azərbaycanlı qadınların bir çoxu İŞİD-in nəzarətində yaşamaqdan razılıq ifadə edirlər.

BAKU.WS