SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.

Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

BAKU.WS