VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Keçən ayın əvvəli Gədəbəydə keçmiş həyat yoladaşını qətlə yetirib hadisə yerindən qaçan şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək hadisə yerindən qaçan 29 yaşlı Fariz Muxtarov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

F.Muxtarovun Şəmkir rayonunda, babasının yanında gizləndiyi məlum olub. O, istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb və onların evliliyindən iki azyaşlı övladı olub.

BAKU.WS