SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən BAKU.WS-ə verilən məlumatda deyilir ki, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS