SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

BAKU.WS-in məlumatına görə, "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.

BAKU.WS