SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda zavodda partlayış olub. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfərin xəsarət aldığı deyilir. Həyatını itirən şəxsin kimliyi müəyyənləşib. O, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alüminium məhsulları müəssisəsinin işçisi Məmmədov Bəhmən Heydər oğludur. Onun meyiti morqa aparılıb, daha sonra ailəsinə təhvil veriləcək.

İlkin məlumata görə, partlayışa qaz balonu səbəb olub. Qaradağ rayon Prokurorluğunun və polis idarəsinin rəhbər şəxsləri hadisə yerinə gəlib.

BAKU.WS