SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə azərbaycanlı qadını məcburi şəkildə fahişəlik etdirmək istəyən Türkiyə vətəndaşı saxlanılıb.

BAKU.WS-in məlumatına görə, hadisə Dənizli şəhərində baş verib. Jandarma tərəfindən həyata keçirilən əməliyyat zaman Ramazan S. saxlanılıb.

Naməlum şəxs polisə hadisə barədə məlumat verdikdən sonra əməliyyat başladılıb. Jandarma əməkdaşları “əxlaqsız yuva”ya çevirilən evə gecə basqın edib.

Evdə olan Ramazan S. (58 yaş) və azərbaycanlı qadın Nazilə M. (48 yaş) saxlanılıb. Nazilə M. polisə ifadəsində bildirib ki, Ramazan S. silahla onu təhdid edərək evdə saxladıb və pul qarşılığında fahişəlik etdirdiyini deyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS