VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlər öz davranışlarıyla sərnişinlərin diqqətini çəkib.

BAKU.WS Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Bakıya gələn iki ərəb turist qollarının üzərində şahin quşları ilə hava limanına daxil olublar.

Amma görünür, onların şəhərə çıxmasına icazə verilməyib. Çünki şəhərimizin qonaqları saatlarla hava limanında gözləməli olublar. Onların davranışları sərnişinlərin böyük marağına səbəb olub. Sərnişinlərdən Samir Süleymanovun sözlərinə görə, ərəblər deyiblər ki, onlar bu quşlar olmadan yaşaya bilməzlər və hara getsələr özləri ilə aparırlar: "Dedilər, necə ki, siz it-pişik saxlayırsınız, biz də şahinləri sevirik".

BAKU.WS