AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Mərkəzdən BAKU.WS-ə bildirilib ki, Azərbaycanın Ağdam rayonu ərazisində zəlzələ olub:

"İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.7, dərinlik 25 km olub".


***17:45


Azərbaycanda növbəti dəfə zəlzələ olub.

BAKU.WS-in məlumatına görə, "Report"un bölgə müxbirləri xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı "Report"a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: "Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub".

BAKU.WS