Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı müraciət edib.

BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, Z.Xanlarova R.Balayevin səhhətinin, vəziyyətinin yaxşı olmadığını bildirib.

Millət vəkili məsələ ilə bağlı Səhiyyə və Mədəniyyət nazirliklərindən dəstək vermələrini xahiş edib:

"Rasim Balayev bütün ömrünü sənətə həsr edib. Bu məsələyə bir əncam çəkmək lazımdır. Mən millətin adından xahiş edirəm ki, müvafiq qurumlar bu işlə məşğul olsunlar".

Z.Xanlarovanın çıxışına cavab olaraq Milli Məclisin spiker Oqtay Əsədov bildirib ki, bu məsələ diqqətdə saxlanılacaq.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ