SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində işıqforda dayanan sürücü qəribə hərəkətləri ilə diqqət çəkib. Hadisə ötən gün paytaxtın mərkəzi küçələrindən birində baş verib.

BAKU.WS-in milli.az-a istinadən verdiyi məlumata görə, Bakının mərkəzi küçələrindən birində bir gənc gecə vaxtı işıqforun qırmızı işığına düşüncə qəribə addımı ilə diqqət mərkəzinə düşüb. Avtomobilini saxlayan şəxs avtomobilindəki "maqnitofon"un səsini artıraraq milli musiqinin sədası altında piyada keçidi zolağında oynamağa başlayıb.

Kadrlardan da göründüyü kimi, heç kimə məhəl qoymadan rəqs edən gənc yol polisini görən kimi maşına tərəf qaçır.

Sözügedən videonu təqdim edirik:

BAKU.WS