Azərbaycanlı iş adamı Telman İsmayılovun əmlakı satışa çıxarılsa da alan olmayıb.

BAKU.WS-in məlumatına görə, iş adamının Türkiyənin Sosial Müdafiə Fonduna külli miqdarda borcu olduğundan "Mardan palace" hotelinin stadionu və işçi heyətinin qaldığı məkanlar hərraca çıxarılıb.

Əmlakların ilkin qiyməti 100 milyon lirə (43 740 000 AZN) olub. Lakin qeyd edilən əmlakların alınması üçün heç kim irəli durmayıb. Nəticədə hərrac dayandırılıb.

Telman İsmayılov 2010-cu ildə dünyanın ən lüks hoteli seçilən "Mardan palace"ın inşasına 1.4 milyard dollar xərcləyib. Daha sonra iş adamının maliyyə problemləri yarandığına görə hotel Türkiyənin banklarından biri tərəfindən satın alınıb.

BAKU.WS