VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib.

BAKU.WS lent.az-a istinadla xəbər verir ki, dünən səhər saatlarında Birləşmiş Məhəllə ev 78, menzil 19-a yaşayan 1959-cu il təvəllüdlü Nuridə Həsənovanın meyiti həyat yoldaşı tərəfindən yaşadığı mənzildə aşkarlanıb. İlkin müayinə zamanı qadına çoxsaylı bıçaq zərbələrinin yetirildiyi və başının kəsildiyi məlum olub.

Qətlin hansı səbəbdən, kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, qətlə yetirilən Nuridə Həsənova Sumqayıtdakı Mənzil İstismar Sahələrindən (“JEK”) birində işləyirmiş.

BAKU.WS