VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

"Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS