SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda bir neçə gün öncə baş verən zəncirvari qəzanın görüntüləri ortaya çıxıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, 20 Yanvar dairəsi yaxınlığındakı tuneldə yolun sol hissəsində qəza baş verib.

Hadisəni görən sürücülərdən biri qəza işığını yandıraraq avtomobili dayandırıb.

Daha sonra yüksək sürətlə hərəkət edən digər avtomobillər bu avtomobilə çırpılıb. Nəticədə 5 maşına ciddi ziyan dəyib. 

Hadisə yerindən görüntüləri təqdim edirik: 

VİDEO: Rza

BAKU.WS