SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşlı qadının marketdən oğurluğu kameraya düşüb.

BAKU.WS-in "qaynar xətti"nə göndərilən videodan aydın olduğu kimi qadın marketə daxil olaraq ərzaq götürür. 

Oğurluq hadisəsi 9-cu mikrarayonda, Mircəlal küçəsi 61 ünvanında yerləşən marketdə qeydə alınıb. Maraqlısı ondadır ki, qadın bahalı şeylər yox, ucuz ərzaqları götürüb. Geyiminin altında yerləşdirdiyi cibə götürdüyü ərzaqları dolduran qadın sakitcə mağazadan uzaqlaşıb. 

Sözügedən hadisənin görüntüsünü təqdim edirik: 

Nazim
BAKU.WS