VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda itkin düşən qız tapılıb. 

BAKU.WS-in məlumatına görə, qız polis əməkdaşlarının kəməkliyi ilə tapılaraq ailəsinə təhvil verilib. 

...

Bu gün Bakıda 12 yaşlı qız itkin düşüb.

Bu barədə BAKU.WS-ə Salayeva Fidanın dayısı Musa məlumat verib. Onun sözlərinə görə, bacısı qızı təxminən saat 13-14 radələrində Maştağa qəsəbəsindəki 22 saylı məktəbdən çıxarqa "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 166 saylı avtobusa minib.

Dayısı qeyd edib ki, adətən məktəbdən şagirdləri servis avtobusu götürür. Amma bu gün Fidan avtobusa minməyib və sinif yoldaşına Həzi Aslanovda işləyən anasının yanına gedəcəyini bildirərək marşruta minib Lakin anasının yanına gedib çıxmayıb. Fidanın əynində qırmızı gödəkcə, timsah dərisinə bənzər materialdan hazırlanmış məktəbli çantası olub.

Onu görənlərdən xahiş olunur (050 070)578 30 31 nömrəsinə məlumat verisin.

BAKU.WS