SİZİN REKLAM BURADA!
055 213 76 73



Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında "90-LP-092" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil "99-XV-515" dövlət nömrə nişanlı "Kia" maşını ilə toqquşub.

Nəticədə "Kia" markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Qəza zamanı yaralıların və ölənlərin olduğu bildirilir. Qəzaya səbəb "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün etməməsi olub.

Hadisə yerindən fotoları təqdim edirik: 

Şahin
BAKU.WS