SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-dan BAKU.WS-ə verilən məlumatab görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

BAKU.WS