SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Abdül Əziz Əl Səudun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulmasına sanksiya (icazə) verib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Telekanal təfərrüatları açıqlamayıb. Digər mətbu orqanların məlumatında isə kral ailəsindən olan və şübhəli qismində saxlanılan şahazadələrin sayının 11 nəfər olduğu bildirilir. Bildirilir ki, saxlanılanlar arasında bir qadın da var.

Səudiyyə Ərəbistanının "Ədjil" xəbər portalı öz növbəsində xəbər verib ki, hakim ailənin üzvlərindən biri qeyri-qanuni silah satışı sazişində, digəri isə saxta müqavilə imzalamaqda, daha bir şahzadə isə pulların "yuyulması" ittihamları üzrə həbs ediliblər.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb.

BAKU.WS