Bakı sakini kirayə verdiyi evin saxta sənədlə satılması ilə bağlı polisə müraciət edib.

Lent.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Rövşən Ağayev Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2014-cü ilin iyun ayında İ.Qutqaşınlı küçəsindəki yeni tikilmiş çoxmərtəbəli binadakı evini kirayə vermək üçün həmin binanın komendantı olan Emil adlı şəxsə evin açarlarını verib. 3 il sonra məlum olub ki, həmin şəxs saxta sənədlərlə R.Ağayevə məxsus evi başqasına satıb.

Şikayətçi məsələyə qanuni qiymət verilməsini xahiş edib.

BAKU.WS