VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu səhər dumanlı havadan faydalanıb Türkiyəyə sızmağa çalışan bir qrup PKK terrorçu ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

BAKU.WS-in məlumatına görə, qarşıdurmada 6-sı əsgər olmaqla 8 nəfər şəhid olub. Şəhid olan 8 nəfərin işçinin cənazəsi vertolyotla Yüksekova Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Atışmada 5 PKK terroristi zərərsizləşdirilib. Bölgədə geniş miqyaslı əməliyyat başlayıb.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Şemdinlidəki atışma ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, 1-i ağır olmaqla daha 2 əsgər də yaralanıb.

BAKU.WS