VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS