SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda köşkdən oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən köşklərdən birində qeydə alınıb.

Belə ki, köşkə yaxınlaşan gənc oğlan əvvəlcə rəfə düzülmüş siqaretlərdən birini götürərək cibinə qoyur. Sonra digər cibindən 5 manatlıq əsginas çıxararaq satıcıdan pulu xırdalamağı istəyir. Satıcı isə xırda pulunun olmadığını deyir. Oğurluq edən gənc oradan uzaqlaşır.

Satıcı "Report"un əməkdaşına bildirib ki, belə hallar tez-tez baş verir: "Əsasən saqqız, alışqan və siqaretlər oğurlanır. Bəzi hallarda isə nəsə almaq üçün müştərilərin rəfin üzərinə qoyduğu pullar digər şəxslər tərəfindən oğurlanır. Eyni adam mütəmadi oğurluq edirsə polisə müraciət edirik. Lakin, bir çox hallarda dəyən ziyanın miqdarı az olduğu üçün polisə müraciət etmirik".

BAKU.WS