SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ağır yol qəzası baş verib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səsəbi araşdırılır.

BAKU.WS