SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdədə 37 yaşlı kişi bıçaqlanıb. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Məmmədov Xaliq Qərib oğlunu onun 2008-ci ildə qətlə yetirdiyi şəxsin qardaşı, 1989-cu il təvəllüdlü Mövlan Adil oğlu Cabbarov bıçaqlayıb.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov artıq polisə təslim olub.

Hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib. Kənd sakinlərindən birinin dəfni zamanı Mövlan Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Ona bədəninin müxtəlif nahiyələrindən bıçaqla xəsarət yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb. Həmkəndlilərin müdaxiləsindən sonra yaralı Bərdə Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA TV-yə verilən xəbərə görə, Xaliq Məmmədov xəstəxanaya daxil olduğu zaman çoxlu sayda bıçaq yarasından xeyli qan itirib. Cərrahiyyə əməliyyatı yolu ilə onun ağız, qulaq və boyun nahiyəsindəki bıçaq yaraları tikilib, daxili qanaxmanın qarşısı alınıb. Lakin hələ də həyati təhlükəni adlada bilməyib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS