SİZİN REKLAM BURADA!
055 213 76 73



“KamAZ”la əks yola çıxan sürücü saatda 80 kilometr sürətlə hərəkət edir. Görüntülər Bakı-Qazax yolunun Qobustan qəsəbəsindən keçən hissəsində lentə alınıb.

BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, “KamAZ” markalı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradıb.

Həmin anı çəkən sürücü iddia edir ki, yük avtomobilinin sürücüsü bu şəkildə təxminən 20 kilometr yol qət edib.

Qarşıdan gələn avtomobillərin böyük əksəriyyəti isə rayonlardan gələn sərnişinlə dolu avtobuslardır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, görüntülər idarədə araşdırılır. Daha doğrusu həmin ərazidəki təhlükəsiz şəhər kameralarına baxış keçirilir. Həmin yük avtomobilinin dövlət nömrə nişanı müəyyən edildikdən sonra sürücü saxlanılacaq. Onun barəsində inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsi ilə yəni əks istiqamətdə hərəkət etməyə görə, 100 manat məbləğində cərimə ediləcək.

BAKU.WS