SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-peşəkarlıq nümayiş etdirilərək ailə-məişət zəminində yaranmış davamlı mübahisələrin nəticəsi olaraq ailə başçısının intihar etməsi hadisəsini oxucu diqqəti cəlb etmək üçün "sensasiya donu” geyindirməklə cəmiyyətə təqdim etməyə çalışıblar”.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qurum tərəfindən həmin kütləvi informasiya vasitələrinin rəhbərləri ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatları gələcəkdə dərc edəcəkləri təqdirdə, barələrində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəkləri barədə şifahi xəbərdarlıq ediliblər.

"Dünən "Sahibkar atasının qəbri üstündə özünü güllələyib” başlığı altında ictimaiyyətə təqdim edilmiş informasiya ilə əlaqədar bildiririk ki, həmin hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12 radələrində kənd qəbirstanlığında ov tüfəngindən atəş açmaqla intihar etmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb”, - deyə prokurorluqdan bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M.İsmayılov, başqa qadınla qeyri-rəsmi ailə qurmaqla azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb. Bundan başqa hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib. İlkin ehtimallara görə M.İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır.

Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir.

Ziya Səccad

BAKU.WS