SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə metronun Koroğlu stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib.
Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.

BAKU.WS