VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda universitetin liftində 17 nəfər qalıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə quruma xəbər daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.

BAKU.WS