SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.

Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb.

BAKU.WS