SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar.

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.

BAKU.WS