SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq yumruq və təpik vurub.

Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır" deyib.

Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Parkomat aparatı tamamilə yararsız hala düşüb.

BAKU.WS