VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

"Report"un məlumatına görə, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS