VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda iki marşrut avtobusu toqquşub.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.

BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, qəza nəticəsində xəsarət alan 3 nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

BAKU.WS