VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dominikan respublikasında yüksək sürətlə hərəkət edən avtomobildə striptiz göstərməyə çalışan çılpaq rus qadın turistin faciəvi şəkildə ölməsi ilə bağlı yeni məlumatlar yayılıb.

BAKU.WS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, həyatını itirən Nataliya Borodina ilə birlikdə maşında rəfiqəsi İvana Boiraçuk da olub və maşını o idarə edirmiş.

Məlum olub ki, iki rəfiqə istirahət etmək üçün Dominikan respublikasını seçiblər. Burada əyləncə gecəsində iştirak ediblər.

Daha sonra içkili olan rəfiqələr əyləncələrini dəniz sahilində davam etdirməyə qərar veriblər və yola düşüblər.

Avtomobil hərəkətdə olarkən Nataliya Borodina maşında striptiz göstərməyə başlayıb. Rəfiqəsi İvana Boiraçuk isə onun bu hərəkətlərini telefona çəkib. Və nəticədə Nataliya yol kənarındakı nişan dirəyinə çırpılıb.

Hadisədən sonra İvanna avtomobili sərxoş idarə etdiyinə görə tutulub.

BAKU.WS