VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda məktəb şagirdləri qəza törədib.

"Report"un verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxşəlızadə Elsevən və İbadzadə Rəşad. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS