SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakının Dənizkənarı Bulvar ərazisində intihar hadisəsi baş verib.
 
BAKU.WS-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə atıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıblar. P.Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 15:15-də başa çatıb.