SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib.

H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS