SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yolda qəribə hadisə baş verib. 

BAKU.WS-in məlumatına görə, Neftçilər metrosu yaxınlığında bir nəfər piyada özünü avtomobillə hərəkət edən sürücünün qarşısına atıb. 

Avtomobilin videoregistratoruna düşən görüntülər hər şeyi gözlər önünə sərir. Kadrlardan da göründüyü kimi piyada avtomobil yaxınlaşmamış özünü yerə atır. Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır. 

Ancaq bu dəfə piyadanın çirkin əməli baş tutmayıb. 

Şahin
BAKU.WS