SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.

1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS