VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər.


BAKU.WS
-in məlumatına görə, hadisə "Qara Qarayev” metrosu yaxınlığında, "Çinar Market” marketinin yanında baş verib.

Məlumata görə, 30 yaşlı İlahə Həsən qızı Yusubova sevgilisi tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq yarasından hadisə yerində keçinib. Qadının bıçaqlandığı ünvanda yaşadığı bildirilir. Hadisəni Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsindən BAKU.WS-ə təsdiqləyiblər. 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ziya Səccad
BAKU.WS