VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda mənzildə meyit tapılıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar mənzilin qapısını açıblar və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimirovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS